30 iyun 2026. Çərşənbə axşamı

Həm zədələndi, həm evi qarət edildi


Həm zədələndi, həm evi qarət edildi
İspaniyanın “Real” klubu ciddi itkiylə üzləşib. Corner.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kərim Benzema sıradan çıxıb.
 
34 yaşlı hücumçu La Liqanın 22-ci turunda “Elçe”yə qarşı keçirilən oyunda (2:2) zədələnib. Fransalı futbolçunun bərpa müddəti hələlik məlum deyil.
 
Zədələnən Benzemaya daha bir şok isə evinin qarət olunması olub. Hadisə elə məhz “Real”ın “Elçe”yə qarşı keçirdiyi oyun (2:2) zamanı yaşanıb. Quldurlar futbolçunun evinə baxçadan girib. Evdən oğurlanan əşyalar haqda məlumat verilmir.

Benzema “Elçe” ilə oyunun start heyətində yer alıb və 58-ci dəqiqədə zədələnərək meydanı tərk edib.
 







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"