- İspaniya L.L.
- 15:32 23.03.2026
“Barselona”nın futbolçusu Pedri açıqlama verib.
Corner.az xəbər verir ki, “Marca” nəşrinə danışan 19 yaşlı ispan yarımmüdafiəçi, keçmiş komanda yoldaşı, hazırda PSJ-də çıxış edən Lionel Messi haqda fikirlərini bölüşüb:
“Messiyə hər zaman minnətdar olacam. O, həm meydanda həm də meydandan kənarda mənə çox kömək edib. Onunla oynamaq asan idi. Messi dünyanın ən yaxşı futbolçusudur.
Onun “Barselona”dan ayrılığına öyrəşmək bizə baha başa gəldi. Düzünü desəm indi daha çox gənclərin yer aldığı bir komanda qurulur. Hamımızın irəliyə doğru addım atmaq imkanımız var”.