19 avqust 2026. Çərşənbə

Real 1/4 finalda məğlub oldu


Real 1/4 finalda məğlub oldu
 İspaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
  “Atletik” doğma meydanda  Madrid “Real”ı ilə qarşılaşıb. Bu oyunda meydan sahibləri minimal hesabla qalib gələrək “Real”ı kubokdan kənarlaşdırıb.
 
Xatırladaq ki, ilk oyun günündə “Rayo Valyekano” ilə “Valensiya” yarımfinala vəsiqə qazanmışdı.
 
İspaniya kuboku
1/4 final
2 fevral
 
Rayo Valyekano – Malyorka 1:0
Qol: Trexo, 44-pen.
 
Valensiya – Kadis 2:1
Qol: Qedeş, 24. Duro, 79 – Peres, 54-pen.
 
3 fevral
 
Real Sosyedad – Betis 0:4
Qol: Xuanmi, 12; 57. V.Xose, 83. Ruibal, 87.
 
Atletik – Real 1:0
Qol: Berenguer, 89.






İspaniya L.L.