16 dekabr 2025. Çərşənbə axşamı

Real xal itirdi, Atletiko'dan qələbə


Real xal itirdi, Atletiko'dan qələbə
İspaniya La Liqasında 24-cü turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, şənbə günü daha dörd görüş baş tutub.

Lider “Real” səfərdə “Vilyarreal”ın qonağı olub. Bu görüşdə qapılara qol vurulmayıb. “Kadis” – “Selta” matçında da oxşar hesab alınıb. “Osasuna” səfərdə “Rayo Valyekano”nun qonağı olub və 3 cavabsız qolla qalib gəlib. Madrid “Atletiko”su isə evdə “Xetafe”ni qəbul edib. Yeddi qolun qeydə alındığı matçda Madrid təmsilçisi inamlı qələbə qazanıb.
 
“Barselona” isə bu turda Kataloniyanın digər təmsilçisi “Espanyol”la üz-üzə gələcək.
 
İspaniya La Liqası, 24-cü tur
 
11 fevral
 
Sevilya – Elçe 2:0
Qol: P.Qomes, 70. Mir, 76.
 
12 fevral
 
Kadis – Selta 0:0
 
Vilyarreal – Real 0:0
 
Rayo Valyekano – Osasuna 0:3
Qol: Monkayola, 8. R.Qarsiya, 40. K.Qarsiya, 90+3.
 
Atletiko – Xetafe 4:3
Qol: Korrea, 19; 45+4. Kunya, 27. Hermoso, 89 – Mayoral, 30. E.Ünal, 37; 42.






İspaniya L.L.

 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə
“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”