4 oktyabr 2026. Bazar günü

Məqsəd çempionatı ilk dördlükdə bitirməkdir


Məqsəd çempionatı ilk dördlükdə bitirməkdir

“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 24-cü turunda “Espanyol”la keçirilən oyundan (2:2) sonra açıqlama verib.

Corner.az “Marca”ya istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis xal itkisinə baxmayaraq La Liqanı 4-cü pillədə başa vurmaq istədiklərini bildirib:

“Çempionluq uğrunda mübarizə aparmaq çox çətindir. Amma mübarizəmizi davam etdirməkdən başqa yolumuz yoxdur.Məqsədimiz çempionatı ilk dördlükdə bitirməkdir, lakin biz heç nəyi istisna etmirik”.

 “Barselona” lider “Real”dan 15 xal geri qalır.“Barselona” 23 turdan sonra 39 xalla 4-cü yerdədir. 







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”