16 dekabr 2025. Çərşənbə axşamı

Depay nə vaxt qayıdır?


Depay nə vaxt qayıdır?

"Barselona”nın futbolçusu Memfis Depay qarşıdakı iki oyunda komandasına kömək edə bilməyəcək.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu bu həftə Avropa Liqasında “Napoli”yə və İspaniya Liqasında “Valensiya”ya qarşı keçiriləcək oyunları buraxacaq.

Depay əzələ problemi səbəbindən yanvarın 12-dən bəri yaşıl meydanlardan uzaqdır.

Niderlandlı hücumçunun fevralın 24-də Avropa Liqasında “Napoli”yə qarşı cavab matçına kimi hazır olacağı gözlənilir.

Depay bu mövsüm “Barselona”nın heyətində La Liqada 16 oyuna çıxıb və 8 qolla yadda qalıb.







İspaniya L.L.

 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə
“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”