16 dekabr 2025. Çərşənbə axşamı

Benzemadan Fransa futbolunda tarixi nailiyyət


Benzemadan Fransa futbolunda tarixi nailiyyət

İspaniyanın "Real Madrid"in futbolçusu Kərim Benzema Fransa futbol tarixinin bombardiri olub.

Corner.az xəbər verir ki, 34 yaşlı hücumçu La Liqanın 28-ci turu çərçivəsində səfərdə "Malyorka" ilə oyunda dubl edib. Qarşılaşma qonaqların 3:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

"Real Madrid"in hücumçusu aktivindəki qol sayını 413-ə çatdırıb. Bu göstəricidə ikinci yeri 411 qolla artıq karyerasını başa vurmuş Tyerri Anri tutur.

Qeyd edək ki,  Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir. O, komandanın heyətində üç dəfə İspaniya çempionu olub, iki dəfə ölkə kubokunu, dörd dəfə Çempionlar Liqasını qazanıb.

Əlavə edək ki, Kərim Benzema 2004 - 2009-cu illərdə "Lion"un formasını geyinib.







İspaniya L.L.

 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə
“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”