4 oktyabr 2026. Bazar günü

Barselona ilə oyundan əvvəl Real'da 3 itki


Barselona ilə oyundan əvvəl Real'da 3 itki
“Real”ın futbolçuları – Kərim Benzema, Ferlan Mendi və Rodriqo “Barselona”ya qarşı 29-cu turun oyununu buraxa bilər. Corner.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti açıqlama verib.
 
İtaliyalı mütəxəssis futbolçuların durumuna martın 16-da tam aydınlıq gələcəyini deyib.
 
Rodriqo son turun “Malyorka” ilə oyununun 71-ci, Ferlan Mendi 80-ci dəqiqəsində əvəzlənib. Sonadək meydanda olan Kərim Benzema isə qarşılaşmadan sonra ayağında ağrılar hiss edib.
 
Martın 20-də keçiriləcək “El-klasiko” Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.






İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”