19 avqust 2026. Çərşənbə

Real'ın baş məşqçisi karantinə alındı


Real'ın baş məşqçisi karantinə alındı

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti koronavirusa yoluxub.

Corner.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssisin testinin nəticəsi pozitiv çıxıb.

İtaliyalı baş məşqçinin qarşıdakı oyunlarda komandasının "sükan"ı arxasında olmayacağı gözlənilir.

Qeyd edək ki, "Real Madrid" aprelin 2-də La Liqanın XXX turunda "Selta"nın qonağı olacaq. Madrid təmsilçisi 66 xalla turnir cədvəlinə başçılıq edir.







İspaniya L.L.