15 may 2026. Cümə

La Liqa klubu baş məşqçisini göndərdi


La Liqa klubu baş məşqçisini göndərdi
İspaniyanin “Alaves” klubu baş məşqçisi Xose Luis Mendilibarı istefaya göndərib. Corner.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Məlumatda, 61 yaşlı mütəxəssisin istefaya göndərilməsinə komandanın uğursuz çıxışı səbəb olduğu vurğulanıb. Komanda ispan mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 12 oyunda cəmi 1 qələbə qazanıb.
 
“Alaves” turnir cədvəlində 22 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.
 
Mendilibar ötən ilin dekabrından “Alaves”i çalışdırırdı.






İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı