19 avqust 2026. Çərşənbə

"Real"da 300-cü oyun


"Real"da 300-cü oyun

İspaniya La Liqasının 33-cü turunda keçirilən "Real Madrid" - "Ahtletic" oyunu meydan sahiblərinin futbolçusu Luka Modric üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, bu, xorvatiyalı futbolçunun Madrid klubunda 300-cü oyunu olub.Klub prezidenti Florentino Perez 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Modricə üzərində 300 yazılmış forma təqdim edib.

Qeyd edək ki, "Qızıl top"un sahibi 2012-ci ildən çıxış etdiyi "Real"da 197 La Liqa, 68 Çempionlar Liqası, 21 İspaniya kuboku, 6 klublararası dünya çempionatı, 4 UEFA superkuboku və 4 İspaniya superkuboku oyununa çıxıb. Bu görüşlərdə Modriç 17 qol vurub, 47 məhsuldar ötürmə edib.









İspaniya L.L.