4 oktyabr 2026. Bazar günü

Real'ın daha bir futbolçusu karantinə alındı


Real'ın daha bir futbolçusu karantinə alındı
İspaniyanın “Real” klubunun daha bir futbolçusunda koronavirusa yoluxma halı aşkarlanıb. Corner.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Dani Sebalyosun COVİD-19 testinin nəticəsi pozitiv çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu səbəbdən məşq prosesini buraxan 26 yaşlı oyunçu dərhal karantinə alınıb. İspan futbolçu, qarşıdakı “Sevilya” ilə matçda komandasına kömək edə bilməyəcək.
 
Xatırladaq ki, bir neçə gün əvvəl “Real” müdafiəçisi Xesus Valyexonun da koronavirusa yoluxduğunu açıqlamışdı.






İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”