4 oktyabr 2026. Bazar günü

Valensiya uduzdu, Vilyarreal'dan qələbə


Valensiya uduzdu, Vilyarreal'dan qələbə

İspaniya La Liqasında 32-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, şənbə günü dörd qarşılaşma baş tutub.

“Elçe” doğma meydanda “Malyorka”nı qəbul edib və darmadağınla qalib gəlib. “Alaves” “Rayo Valyekano” ilə ev oyununda minimal hesabla qalib ayrılıb.

“Valensiya” doğma meydanda “Osasuna”nı qəbul edib və məğlub olub. Səfərdə “Xetafe”nin qonağı olan  “Vilyarreal” isə qələbə qazanıb.

İspaniya La Liqası, 32-ci tur

15 aprel

Real Sosyedad – Betis 0:0

16 aprel

Elçe – Malyorka 3:0
Qol
: Moxika, 42. Biqas, 58. Kanq, 81-öz qapısına.

Alaves – Rayo Valyekano 1:0
Qol
: Xoselu, 64.

Valensiya – Osasuna 1:2
Qol
: Soler, 83 – Avila, 50-pen. Budimir, 74.

Xetafe – Vilyarreal 1:2
Qol
: E.Ünal, 63 – Moreno, 7. Triqeros, 16.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”