30 iyun 2026. Çərşənbə axşamı

Benzema əfsanəvi futbolçunu geridə qoydu


Benzema əfsanəvi futbolçunu geridə qoydu

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema yeni nailiyyətə imza atıb.

Corner.az-ın məlumatına görə, "Sevilya" ilə 32-ci tur oyununun 90+2-ci dəqiqəsində fərqlənən 34 yaşlı hücumçu "kral klubun"da La Liqadakı qol sayını 217-yə çatdırıb.

Beləliklə, fransalı futbolçu Madrid klubunun əfsanəvi oyunçusu Alfredo Di Stefanonu geridə qoyub.

"Real Madrid"də La Liqadakı qol sayına görə rekord Kriştiano Ronaldoya məxsusdur. Hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən hücumçu 311 dəfə fərqlənib. İkinci sırada isə Raul Qonsales (228 qol) qərarlaşıb.

Qeyd edək ki, "Real Madrid" "Sevilya"nı 3:2 hesabı ilə məğlub edib.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"