23 mart 2026. Bazar ertəsi

Barselona'nın futbolçusu qalmaqalla üzləşdi


Barselona'nın futbolçusu qalmaqalla üzləşdi

İspaniyanın "Barselona" klubunun futbolçusu Samuel Umtiti məşq bazasının yaxınlığında qalmaqalla üzləşib.

Corner.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi hazırlıq prosesindən çıxarkən azarkeş kütləsi ilə qarşılaşıb.

Fransalı futbolçu "Ferrari" markalı avtomobilinin pəncərəsindən avtoqraf verib. Azyaşlı uşaqlardan biri həmin vaxt maşının pəncərəsinə vuraraq futbolçunun diqqətini cəlb etməyə çalışıb. Umtiti isə buna qəzəblənib. O, uşağa avtomobilə toxunmamasını deyib: "Maşına toxunma, mən onsuz da səni görürəm".

Bu hadisədən sonra Umtiti  həmin uşağa avtoqraf vermədən oradan uzaqlaşıb.

Qeyd edək ki, Samuel Umtiti cari mövsüm "Barselona"nın heyətində cəmi bir oyunda meydana çıxıb.







İspaniya L.L.

Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi
"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi