12 may 2026. Çərşənbə axşamı

La Liqa klubunda yeni baş məşqçi


La Liqa klubunda yeni baş məşqçi
İspaniyanın “Qranada” klubunun yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisinin "sükan"ı Aytor Karankaya tapşırılıb.
 
48 yaşlı mütəxəssisin yeni komandası turnir cədvəlində 17-ci pillədədir. “Qranada” son iki matçda “Levante”yə 1:4, “Sevilya”ya 2:4 hesabı ilə uduzub.
 
İspaniyalı çalışdırıcının son iş yeri ötən il ayrıldığı İngiltərənin “Birmingem” klubu olub. O, 2010-13-cü illərdə “Real”da Joze Mourinyonun köməkçisi kimi çalışıb.
 
Karankadan öncə “Qranada”nı baş məşqçi vəzifəsini icra edən Ruben Torresilya çalışdırırdı.






İspaniya L.L.