12 may 2026. Çərşənbə axşamı

Buskets İnyestanı geridə qoydu


Buskets İnyestanı geridə qoydu
İspaniya La Liqasının 33-cü turunda “Real Sosyedad”a qarşı matç “Barselona”nın yarımmüdafiəçisi və kapitanı Serxio Buskets üçün ələmatdar olub.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu kataloniyalıların heyətində 675-ci oyununa çıxıb.İspan futbolçu bu göstəricidə “Barselona”nın sabiq futbolçusu Andres İnyestanı üstələyərək üçüncü yerə yüksəlib.
 
Buskets “Barselona”da oyun sayına görə yalnız hazırda komandanın baş məşqçisi olan Xavi (767) və Lionel Messidən (778) geri qalır.
 
“Barselona” “Real Sosyedad”ı 1:0 hesabı ilə məğlub edib.






İspaniya L.L.