19 avqust 2026. Çərşənbə

Barselona Rayo Valyekano'ya yenə uduzdu


Barselona Rayo Valyekano'ya yenə uduzdu

Futbol üzrə İspaniya La Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Corner.az xəbər verir ki, günün yeganə matçında “Barselona” doğma meydanda “Rayo Valyekano”nu qəbul edib.

Kataloniya təmsilçisi bu oyunda minimal hesablı məğlubiyyətlə üzləşib. Maraqlıdırı ki, “Rayo Valyekano” öz meydanında da "Barsa”ya oxşar hesabla qalib gəlmişdi.

Bu nəticədən sonra “Rayo Valyekano” 40 xalla 11-ci, “Barselona” isə 63 xalla ikinci pillədə qərarlaşıb.

İspaniya La Liqası
21-ci tur

24 aprel

Barselona – Rayo Valyekano 0:1
Qol
: A.Qarsiya, 7.







İspaniya L.L.