"Barselona”nın doğma stadionu “Kamp Nou”nun yenidən qurulmasına 2022-ci ilin iyununda start veriləcək.
Corner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Barselona” şəhər şurasına mövsüm başa çatdıqdan dərhal sonra işə başlamaq üçün lisenziya verib. Stadionun birinci və ikinci mərtəbələrinə, texniki vasitələrin inkişafına, stadionun ətrafına və xarici urbanizasiyaya xüsusi diqqət yetiriləcək.
Üçüncü pillənin sökülməsinə 2023-cü ilin yayında start veriləcək ki, bu da kluba vaxt qazandıracaq və “Kamp Nou”nun növbəti mövsümdə tam gücü ilə işləməsini təmin edəcək.
2023/2024-cü il mövsümündə layihə çərçivəsində işlərin böyük hissəsi fasiləsiz davam edəcəyindən, komanda öz oyunlarını “Lluis Companys Olimpiya” stadionunda keçirəcək. İşlərin son tamamlanması 2025/2026 mövsümünə nəzərdə tutulub