30 iyun 2026. Çərşənbə axşamı

Barselona səfərdə Betis'ə qalib gəldi


Barselona səfərdə Betis'ə qalib gəldi

Futbol üzrə İspaniya La Liqasında 35-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.

“Atletik” – “Valensiya” matçında qapılara ümumiyyətlə qol vurulmayıb. 

Səkkiz qolun qeydə alındığı “Malyorka” – “Qranada” matçında qonaqlar darmadağınla qələbəyə sevinən tərəf olub. 

“Kadis” doğma meydanda “Elçe”ni, “Selta” isə “Alaves”i  qəbul edib. Hər iki matçda meydan sahibləri qələbə qazanıb

 “Barselona” isə səfərdə “Betis”in qonağı olub. Üç qolun qeydə alındığı matç Kataloniya təmsilçisi çətin qələbə qazanıb.

İspaniya La Liqası
35-ci tur

6 may

Levante – Real Sosyedad 2:1
Qol: Miramon, 53. Melero, 90 – D.Silva, 66.

7 may

Malyorka – Qranada 2:6
Qol: Sevilya, 28. Raillo, 58 – L.Suares, 6. Eskudero, 46. Puertas, 55. Molina, 69; 90. Uzuni, 78.

Atletik – Valensiya 0:0

Kadis – Elçe 3:0
Qol: Neqredo, 80. Sobrino, 83. Lozano, 90+3.

Selta – Alaves 4:0
Qol: Qalyardo, 6. Aspas, 34; 66. Navarro, 57-öz qapısına.

Betis – Barselona 1:2
Qol: Bartra, 79 – Fati, 76. Alba, 90+4







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"