4 oktyabr 2026. Bazar günü

Çempion Real Madrid derbidə uduzdu


Çempion Real Madrid derbidə uduzdu

Futbol üzrə İspaniya çempionatında 35-ci turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Vilyarreal” – “Sevilya” və “Espanyol” – “Osasuna” matçlarında qalib müəyyənləşməyib. “Xetafe” ilə “Rayo Valyekano”nun görüşündə qapılara qol vurulmayıb.

Turun mərkəzi görüşü Madriddə keçirilib. Çempionluğu rəsmiləşdirən “Real” səfərdə “Atletiko”nun qonağı olub. Meydan sahibləri bu oyunda minimal hesabla qələbə qazanıb.

İspaniya La Liqası
35-ci tur

6 may

Levante – Real Sosyedad 2:1
Qol: Miramon, 53. Melero, 90 – D.Silva, 66.

7 may

Malyorka – Qranada 2:6
Qol: Sevilya, 28. Raillo, 58 – L.Suares, 6. Eskudero, 46. Puertas, 55. Molina, 69; 90. Uzuni, 78.

Atletik – Valensiya 0:0

Kadis – Elçe 3:0
Qol: Neqredo, 80. Sobrino, 83. Lozano, 90+3.

Selta – Alaves 4:0
Qol: Qalyardo, 6. Aspas, 34; 66. Navarro, 57-öz qapısına.

Betis – Barselona 1:2
Qol: Bartra, 79 – Fati, 76. Alba, 90+4.

8 may

Xetafe – Rayo Valyekano 0:0

Vilyarreal – Sevilya 1:1
Qol: Lo Çelso, 86 – Kunde, 90.

Espanyol – Osasuna 1:1
Qol: Melamed, 67 – Barxa, 42.

Atletiko – Real 1:0
Qol: Karrasko, 40.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”