- İspaniya L.L.
- 02:04 23.03.2026
İspaniyanın “Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda Luis Suaresin klubdan gedəcəyini təsdiqləyib.
Corner.az xəbər verir ki, bu barədə argentinalı mütəxəssis keçirdiyi mətbuat konfransında söyləyib:
“Mən Luislə ötən ilin noyabrında danışmışdım. Bu, uzun və açıq söhbət olmuşdu. Hər iki tərəf özünün bu günü və gələcəyi haqda fikrini bildirdi. O vaxtdan qərarlarımıza hörmətlə yanaşırıq. Suaresə hər şey üçün minnətdaram”.
Madrid təmsilçisi bir digər futbolçusu Hektor Herrera ilə də yollarını ayıracağını açıqlamışdı.
Xatırladaq ki, uruqvaylı hücumçunun “Atletiko” ilə müqaviləsi bu yay başa çatır.