23 oktyabr 2024. Çərşənbə

Barselona'nın hücumçusu milli karyerasını başa vurdu


Barselona'nın hücumçusu milli karyerasını başa vurdu
İspaniyanın “Barselona” klubunun hücumçusu Pyer-Emerik Obameyanq Qabon millisindəki karyerasını başa vurub. Corner.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
 
32 yaşlı futbolçu Qabon Futbol Federasiyasına göndərdiyi məktubunda bildirib:
 
“Ölkəmi təmsil etməkdən qürur duyduğum 13 ildən sonra beynəlxalq karyeramı bitirdiyimi bildirmək istəyirəm. Qabon xalqına və həm yaxşı, həm də pis gündə mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Ölkəmizdə futbolun inkişafı üçün çalışan prezidentimiz Ali Bonqo Ondimbaya təşəkkür edirəm. Karyeramda tanış olduğum bütün məşqçilərimə və komanda yoldaşlarıma da təşəkkür edirəm”.
 
Bildirək ki, Obameyanq Qabon millisində 63 oyuna çıxıb və 29  qol vurub.






İspaniya L.L.

Ayın futbolçusu adına namizədlər
  • İspaniya L.L.
  • 22:07 23.10.2024
Ayın futbolçusu adına namizədlər
Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi