23 mart 2026. Bazar ertəsi

La Liqada mövsümə yekun vuruldu


La Liqada mövsümə yekun vuruldu

Futbol üzrə İspaniya La Liqasında mövsümün sonuncu turunun oyunları keçirilib. Corner.az xəbər verir ki, sonuncu oyun günündə 7 qarşılaşma baş tutub.

Çempionlar Liqasına vəsiqəni təmin edən “Barselona” doğma meydanda  “Vilyarreal”la qarşılaşıb və uduzub. Madrid “Atletiko”su səfərdə “Real Sosyedad”a, “Sevilya” isə evdə “Atletik”a üzərində inamlı qələbəyə sevinib. "Alaves" evdə "Kadis"ə, "Osasuna" "Malyorka"ya məğlub olub. "Qranada" - "Espanyol" matçlarında qapılara qol vurulmayıb. "Elçe" isə doğma meydanda "Xetafe"dən üstün olub.

Beləliklə, çempion “Real”la yanaşı, sonrakı yerləri tutan “Barselona”, “Atletiko” və “Sevilya” UEFA Çempionlar Liqasında iştirak hüququ əldə ediblər. 5 və 6-cı yerləri tutan “Betis”lə “Real Sosyedad” Avropa Liqasına vəsiqə qazanıblar. 7-ci olan “Vilyarreal” isə Avropa Konfrans Liqasında çıxış edəcək.

“Qranada” (38 xalla 18-ci), “Levante” (35 xalla 19-cu) və “Alaves” (31 xalla 20-ci) isə La Liqanı tərk edib.

İspaniya La Liqası
38-ci tur

20 may

Rayo Valyekano – Levante 2:4
Qol: A.Qarsiya, 18. Qvardiola, 61 – Melero, 26; 45+1. Marti, 44. Koke, 76.

Real – Betis 0:0

21 may

Valensiya – Selta 2:0
Qol: M.Qomes, 28. Arauxo, 60-öz qapısına.

22 may

Elçe – Xetafe 3:1
Qol: Olaza, 37. Kike, 84; 90+2 – E.Ünal, 33.

Alaves – Kadis 0:1
Qol: Lozano, 76.

Qranada – Espanyol 0:0

Osasuna – Mayorka 0:2
Qol: Anxel, 47. Qrenye, 83.

Barselona – Vilyarreal 0:2
Qol: Pedrasa, 41. M.Qomes, 55.

Real Sosyedad – Atletiko 1:2
Qol: Quridi, 90+3 – De Paul, 50. Korrea, 69.

Sevilya – Atletik 1:0
Qol: Mir, 68.







İspaniya L.L.

Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi
"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi