23 mart 2026. Bazar ertəsi

Bir prezident kimi mənim üçün böyük utancdır


Bir prezident kimi mənim üçün böyük utancdır
“Barselona”nın prezidenti Xuan Laporta başa çatan mövsüm haqqında danışıb. Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı funksioner, mövsümü əsəbi və məyus şəkildə başa vurduğunu deyib:
 
“Mövsümü əsəbi və məyus şəkildə başa vururam. Çünki zədəli futbolçular olmasına baxmayaraq, “Barselona” evdə “Kadis”, “Rayo Valyekano” və “Vilyarreal”a məğlub ola bilməz! Komandanın bu oyunlara münasibətinə görə çox məyus oldum. Bu xaraktersizlik səbəbindən baş məşqçimiz Xavi qədər və bəlkə də ondan daha çox əziyyət çəkdim. “Barselona”nın evdə “Kadis”, “Rayo Valyekano” və “Vilyarreal” kimi klublara uduzmamalıdır. Bu, bir prezident kimi mənim üçün böyük utancdır”.
 
Kataloniya təmsilçisi  son mövsümdə 73 xal toplayaraq La Liqanı ikinci pillədə başa vurub.






İspaniya L.L.

Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi
"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi