14 dekabr 2025. Bazar günü

La Liqaya iki vəsiqənin sahibi bilindi


La Liqaya iki vəsiqənin sahibi bilindi
 İspaniya La Liqasına vəsiqə qazanan iki klub da bəlli olub. Corner.az xəbər verir ki, bunlar “Almeriya” və “Valyadolid” komandalarıdır. Belə ki, Sequndada baş tutan mövsümün son turunda “Almeriya” “Leqanes”lə heç-heçə edib – 2:2.
 
“Valyadolid” isə son oyunda “Hueska”ya qalib gələrək (3:0) mövsümü 2-ci pillədə başa vurub. Hər iki komanda mövsümü 81 xalla başa vurub. Lakin əlavə göstəricilərdə - şəxsi görüşlərin nəticələrində “Almeriya” “Valyadolid”dən üstün olduğu üçün çempion olub.
 
“Valyadolid” aşağı liqaya düşdükdən bir il sonra La Liqaya qayıdıb. “Almeriya” isə 2015-ci ildən bəri yüksək liqada çıxış etmirdi.
 
“Eybar", "Las Palmas", "Tenerife" və "Jirona" pley-off mərhələsində La Liqaya sonuncu vəsiqə uğrunda oynayacaq.






İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”