İspaniya La Liqasının 2-ci tur çərçivəsində keçirilən "Real” - "Selta" matçı meydan sahiblərinin futbolçusu Luka Modriç üçün əlamətdar olub. Corner.az xəbər verir ki, belə ki, 37 yaşlı yarımmüdafiəçi "kral" klubunun heyətində meydana ən çox çıxan 4-cü əcnəbi futbolçu olub..
Madrid təmsilçisindəki matçların sayını 439-a çatdıran xorvatiyalı oyunçu hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştiano Ronaldonu (438) geridə qoyub.
Madrid təmsilçisinin hücumçusu Kərim Benzema 608 qarşılaşma ilə siyahıya başçılıq edir. İlk "3-lük"də Marselo (546) və Roberto Karlos (527) qərarlaşıb.
Modriç 2012-ci ildən "Real”da çıxış edir. Ronaldo isə 2009-2018-ci illər aralığında paytaxt klubunun formasını geyinib.