23 oktyabr 2024. Çərşənbə

Levandovski La Liqada yeni rekorda imza atdı


Levandovski La Liqada yeni rekorda imza atdı
İspaniyanın “Barselona” klubunun hücumçusu Robert Levandovski La Liqada yeni rekorda imza atıb. Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu 21-ci əsrdə İspaniya çempionatında 6 qol həddinə ən tez çatan futbolçuya çevrilib.
 
Levandovski  buna 5-ci tur çərçivəsində “Kadis”i 4:0 hesabı ilə məğlub etdikləri oyunda nail olub. Polşalı oyunçu səfər matçının 65-ci dəqiqəsində komandasının 2-ci qolunu vurub. Bundan başqa, o, daha 2 qolda məhsuldar ötürmə müəllifi olub.
 
Daha öncə La Liqada Kristiano Ronaldo 2009-cu ildə “Real”ın heyətində ilk 5 matçında 5 qol vurmuşdu. Buna qədər İspaniya çempionatında 6 qol həddinə ən tez çatan futbolçu isə “Sevilya”nın futbolçusu Andre Silva (6 oyuna 6 qol) idi. O, buna 2018-ci ildə nail olmuşdu.
 
Xatırladaq ki, Robert Levandovski bu ilin iyul ayında Almaniyanın “Bayern” klubundan Kataloniya təmsilçisinə keçib. O, İspaniya klubunun heyətində bütün turnirlər çərçivəsində keçirdiyi 6 oyunda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.






İspaniya L.L.

Ayın futbolçusu adına namizədlər
  • İspaniya L.L.
  • 22:07 23.10.2024
Ayın futbolçusu adına namizədlər
Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi