4 oktyabr 2026. Bazar günü

Xavi Zidanın rekordunu təkrarladı


Xavi Zidanın rekordunu təkrarladı
"Barselona” klubu baş məşqçisi Xavi Ernandesin rəhbərliyi altında İspaniya çempionatında keçirdiyi məğlubiyyətsiz səfər oyunlarının sayını 17-yə yüksəldib. Corner.az xəbər verir ki, Kataloniya təmsilçisi son olaraq ötən gecə 5-ci turun “Kadis”lə səfər matçından 4:0 hesablı qələbəyə sevinib.
 
Xavinin gəlişindən sonra "Barselona" La Liqa çərçivəsində keçirdiyi 17 oyundan 12-də qələbə qazanıb, 5 qarşılaşmada heç-heçə edib.
 
Bununla da Xavi, Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidanın rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi də 2016-cı ildə Zidanın təyinatından sonrakı 17 səfər qarşılaşmasında yenilməmişdi.
 
Xatırladaq ki, Xavi Ernandes 2021-ci ilin noyabrında “Barselona”nın baş məşqçisi təyin edilib.






İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”