23 mart 2026. Bazar ertəsi

Atletiko'da yeni rekordçu


Atletiko'da yeni rekordçu
İspaniya “Atletiko”sunun kapitanı Koke Madrid təmsilçisinin tarixinə düşüb. Corner.az xəbər verir ki, 30 yaşlı futbolçu bu klubun tarixində ən çox oyun keçirən futbolçuya çevrilib.
 
La Liqanın 5-ci turu çərçivəsində baş tutan “Selta” ilə matçda (4:1) meydana çıxan Koke, bu komandanın heyətində 551-ci oyununu keçirib. Nəticədə yarımmüdafiəçi bu klubun sabiq futbolçularından olan Abelardonu geridə qoyaraq “Atletiko”da ən çox oyun keçirmiş oyunçu ünvanına sahib olub.
 
Koke “Atletiko”nun öz yetirməsidir. O, 2009-cu ildən bu klubun əsas komandasında forma geyinir. İspan futbolçu 551 matçda 47 qol vurub, 100 məhsuldar ötürmə ilə yadda qalıb.
 






İspaniya L.L.

Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi
 “Barselona”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 19:59 22.03.2026
“Barselona”ya bir qol bəs etdi
"Xetafe" evdə "Espanyol"u məğlub etdi
  • İspaniya L.L.
  • 22:59 21.03.2026
"Xetafe" evdə "Espanyol"u məğlub etdi