4 oktyabr 2026. Bazar günü

Edinson Kavani La Liqanın tarixinə düşdü


Edinson Kavani La Liqanın tarixinə düşdü

"Valensiya"nın futbolçusu Edinson Kavani İspaniya La Liqasının tarixinə düşüb.

Corner.az-ın məlumatına görə, uruqvaylı hücumçu buna "Selta"ya 3:0 hesabı ilə qalib gəldikləri VI tur matçında meydana çıxmaqla nail olub.

Kavani La Liqada debüt edən ən yaşlı oyunçu ünvanına sahib olub. Təcrübəli forvard 35 yaşlı 215-ci günündə bunu bacarıb.

Kavani 2015-ci ildə "Eybar"ın heyətində 35 yaş 174-cü günündə debüt edən Tsema Anibarronu geridə qoyub.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”