29 iyul 2026. Çərşənbə

Pelleqrini 385 min avro cərimə olundu


Pelleqrini 385 min avro cərimə olundu
İspaniyanın “Betis” klubunun baş məşqçisi Manuel Pelleqrini 385 min avro cərimələnib. Corner.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
 
Məlumatda, 69 yaşlı mütəxəssisin İspaniyada qəsdən vergidən yayındığına görə belə cəzaya məruz qaldığı vurğulanıb.
 
Pelleqrini 2020-ci ilin avqustundan “Betis” komandasını çalışdırır. Bu mövsüm onun rəhbərliyi altında 6 oyunda 15 xal toplayan komanda, La Liqada yalnız “Barselona” (16) və “Real”dan (18) geri qalaraq, üçüncü yeri tutur. İspaniya çempionatının növbəti turunda “Betis” səfərdə “Selta” ilə qarşılaşacaq. 
 
Pelleqrini daha öncə “Vest Hem”, “Mançester Siti”, “Malaqa”, “Real” kimi komandaların baş məşqçisi olub.






İspaniya L.L.

"Rayo Valyekano" stadionsuz qala bilər
  • İspaniya L.L.
  • 23:34 28.07.2026
"Rayo Valyekano" stadionsuz qala bilər
“Real Madrid” rekord gəlir açıqladı
  • İspaniya L.L.
  • 22:08 28.07.2026
“Real Madrid” rekord gəlir açıqladı