12 may 2026. Çərşənbə axşamı

Valyekano əlavə vaxtda qazandı


Valyekano əlavə vaxtda qazandı

İspaniya La Liqasında 7-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Rayo Valyekano” doğma meydanda “Elçe” ilə üz-üzə gəlib və əzmkar qələbə qazanıb.

7 turdan sonra “Barselona” və “Real” 19 xalla ilk iki pilləni bölüşürlər. “Atletik” 16 xalla üçüncü, “Betis” 15 xalla dördüncüdür. Madrid “Atletiko”su, “Osasuna” və “Real Sosyedad” isə geridə qalan turlarda 13 xal toplayıblar.

İspaniya La Liqası
7-ci tur
30 sentyabr

Atletik – Almeriya 4:0
Qol: İ.Uilyams, 10. Sanset, 17. N.Uilyams, 62. Vesqa, 84.

1 oktyabr

Kadis – Vilyarreal 0:0

Xetafe – Valyadolid 2:3
Qol: Mayoral, 29. D.Suares, 31 – Leon, 20; 37. Plano, 49.

Sevilya – Atletiko 0:2
Qol: Lyorente, 29. Morata, 57.

Malyorka – Barselona 0:1
Qol: Levandovski, 20.

2 oktyabr

Espanyol – Valensiya 2:2
Qol: Xoselu, 56. Darder, 83 – Paulista, 53. E.Comert, 90+6.

Selta – Betis 1:0
Qol: Veyqa, 9.

Jirona – Real Sosyedad 3:5
Qol: Rikelme, 23. A.Martines, 27. Kastelyanos, 48 – Sörlot, 8; 42. Mendes, 66. Zubimendi, 71. Kubo, 85.

Real – Osasuna 1:1
Qol: V.Junior, 42 – K.Qarsiya, 50.

3 oktyabr

Rayo Valyekano – Elçe 2:1
Qol: Kamelyo, 40. U.Lopes, 90+5 – Boye, 32.







İspaniya L.L.