4 oktyabr 2026. Bazar günü

Dembele Barselona'nın tarixinə düşdü


Dembele Barselona'nın tarixinə düşdü

İspaniyanın "Barselona" klubunun futbolçusu Usman Dembele komandanın tarixinə düşüb.

Corner.az-ın məlumatına görə, 25 yaşlı hücumçu buna "Atletik"i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın XI tur oyununda nail olub.

12-ci dəqiqədə hesabı açan fransalı oyunçu  Kataloniya təmsilçisinin çempionatdakı 4000-ci qoluna imza atıb.

Qeyd edək ki, Usman Dembele 2017-ci ildən La Liqa nəhəngində top qovur.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”