4 oktyabr 2026. Bazar günü

Atletiko uduzdu, Barselona'dan qələbə


Atletiko uduzdu, Barselona'dan qələbə

İspaniya La Liqasında 12-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Almeriya” - “Selta” matçında meydan sahibləri qələbəyə sevinən tərəf olub. "Kadis” də Madrid “Atletiko”su ilə ev oyununda çətin qələbə qazanıb. “Sevilya” doğma meydanda “Rayo Valyekano”ya minimal hesabla məğlub olub. Səfərdə “Valensiya” ilə qarşılaşan “Barselona” da tək qolla qalib gəlib.

İspaniya La Liqası
12-ci tur
28 oktyabr

Malyorka – Espanyol 1:1
Qol: Muriqi, 48 – Lazo, 70.

29 oktyabr

Almeriya – Selta 3:1
Qol: Lazaro, 52. De La Hoz, 60. Equaras, 90+6 – Veyqa, 25.

Kadis – Atletiko 3:2
Qol: Bonqonda, 1. Fernandes, 81. Sobrino, 90+9 – J.Feliks, 85; 89.

Sevilya – Rayo Valyekano 0:1
Qol: A.Qarsiya, 61.

Valensiya – Barselona 0:1
Qol: Levandovski, 90+3.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”