4 oktyabr 2026. Bazar günü

Barselona'ya 50 milyon avro bağışladı


Barselona'ya 50 milyon avro bağışladı
“Barselona”nın müdafiəçi Jerar Pikenin komandası ilə müqaviləsinə xitam verilməsinin təfərrüatları bəlli olub. Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı oyunçu müqavilənin sonrakı iki ili ərzində ona ödənilməli olan 50 milyon avrodan çox puldan imtina edib.
 
İspan oyunçu təqaüdə çıxmaq qərarını noyabrın 3-də açıqlayıb. Buna onun klub prezidenti və jurnalistlərlə yaşadığı problemlər səbəb göstərilir.
 
Pike 4 dəfə Çempionlar Liqasının qalibi (3 dəfə “Barselona” ilə, 1 dəfə “Mançester Yunayted”lə) olub, İngiltərə və 8 dəfə İspaniya çempionluğunu qazanıb. Pike İspaniya millisi ilə dünya və Avropa çempionluğu da yaşayıb.






İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”