30 iyun 2026. Çərşənbə axşamı

Karyerasını bitirdiyini açıqlayan Pike La La matçı üçün sifariş edildi


Karyerasını bitirdiyini açıqlayan Pike La La matçı üçün sifariş edildi
Bir neçə gün əvvəl karyerasını bitirdiyini açıqlayan Jerar Pikenin adı “Barselona”nın La Liqada “Osasuna”ya qarşı keçirəcəyi oyunun iştirak ərizəsinə daxil edilib. Corner.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi heyətdəki problemlər səbəbindən bu oyun üçün sifariş olunub.
 
İspan futbolçu daha əvvəl La Liqanın 13-cü turunda “Almeriya” ilə matçın (2:0) onun üçün sonuncu olacağını açıqlamışdı.
 
Pike “Barselona”nın öz yetirməsidir. O, “Barsa” ilə 28 kubok qazanıb və komandanın heyətində 616 oyuna çıxıb.
 
“Barselona” ilə “Osasuna” arasında oyun noyabrın 9-da, saat 00:30-da start götürəcək.






İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"