30 iyun 2026. Çərşənbə axşamı

Pike karyerasının son matçında qırmızı vərəqə alıb


Pike karyerasının son matçında qırmızı vərəqə alıb

"Barselona" klubunun  müdafiəçisi Jerar Pike İspaniya çempionatının 14-cü turunda "Osasuna" ilə oyunda (2:1) qırmızı vərəqə alıb.

Corner.az-ın məlumatına görə, bu oyun onun karyerasında sonuncu olub, lakin ispan futbolçu ikinci hissədə meydana daxil olmayıb.

35 yaşlı futb olçu Robert Levandovskinin qırmızı vərəqə almasından narazı qalaraq, ilk hissənin bitdiyini bildirən baş hakim Xesus Xil Mandanoya yaxınlaşıb. Onların arasında mübahisə yaranıb və bu, Pikenin qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılması ilə nəticələnib.

“MisterChip”in məlumatına görə, Pike dialoq zamanı Levandovskini göstərərək hakimdən “sən ümumiyyətlə kimi oyundan kənarlaşdırdığını gördün?”, - sualını verib.

Noyabrın 3-də Pike peşəkar futboldan getdiyini açıqlayıb. O, noyabrın 5-də “Almeriya” ilə oyundan (2:0) sonra “Kamp Nou” tribunaları ilə vidalaşıb.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"