30 iyun 2026. Çərşənbə axşamı

Kadis - Real matçında dava düşüb


Kadis - Real matçında dava düşüb

İspaniya La Liqasının 14-cü turun "Kadis" - "Real Madrid" matçının fasiləsində xoşagəlməz hadisə yaşanıb.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, meydan sahiblərinin futbolçusu Fali "Real"ın hücumçusu Vinisius Juniorla dava edib.

Müdafiəçi 22 yaşlı vingerin "Siz ikinci dərəcəli komandasız" dediyi üçün mübahisə yarandığını bildirib. 29 yaşlı oyunçu Madrid kimi böyük bir komandanın belə münasibətlərə nəzarət etməsinin lazımlı olduğunu vurğulayıb.

Qarşılaşmadan sonra Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti Vinisiusun tez-tez rəqibi təxribata çəkməsi ilə bağlı fikirləri ilə razılaşıb.

Qeyd edək ki, matç "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə bitib.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"