23 oktyabr 2024. Çərşənbə

Saviç və Torres 12 oyunluq diskvalifikasiya oluna bilər


Saviç və Torres 12 oyunluq diskvalifikasiya oluna bilər

"Atletiko Madrid"in müdafiəçisi Stefan Saviç və "Barselona"nın yarımmüdafiəçisi Ferran Torres İspaniya La Liqasının 16-cı turunun görüşü zamanı yaranan davaya görə cəzalandırıla bilər.

Corner.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Hadisə matçın əsas vaxtına əlavə edilən ikinci dəqiqədə yaşanıb. Sözügedən futbolçular qarşıdurmadan sonra qazona yıxılıb və bundan sonra aralarında dava baş verib. Hakim futbolçulara qırmızı vərəqə göstərib. Hakimlər komissiyası onların hərəkətlərini hücum kimi qiymətləndirdiyi təqdirdə diskvalifikasiya dörd oyundan on iki oyuna qədər ola bilər.

Xatırladaq ki, görüş "Barselona"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "kataloniyalı"lar 41 xalla La Liqanın turnir cədvəlində birinci pillədə qərarlaşıb. İkinci pillədə qərarlaşan "Real Madrid"in aktivində 38 xal var. İlk üçlüyü 32 xalla “Real Sosyedad” qapayır. “Atletiko” 27 xalla 5-ci yerdədir.







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı