4 oktyabr 2026. Bazar günü

Ter Ştegendən 12-ci “təmiz oyun”


Ter Ştegendən 12-ci “təmiz oyun”

İspaniya La-Liqasının XVI turu “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen üçün əlamətdar olub. Corner.az xəbər verir ki, 30 yaşlı qolkiper cari mövsümdə 12-ci dəfə qapısını toxunulmaz saxlayıb və ötənilki göstəricisini yaxşılaşdırıb.

Almaniyalı oyunçu İspaniya çempionatının XVI turunda Madrid “Atletiko”su ilə görüşdə qol buraxmayıb. O, cari La Liqa mövsümünün 16 görüşündə 12-ci dəfə buna nail olub. 2021/2022 mövsümü ərzində almaniyalı 35 matçda cəmi 11 dəfə “çərçivə”ni təmiz saxlayıb.

Ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir. Bu mövsüm alman qapıçı Kataloniya klubunun dördüncü kapitanı olub.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”