4 oktyabr 2026. Bazar günü

Barselona'nın 3 futbolçusu ilin rəmzi komandasında


Barselona'nın 3 futbolçusu ilin rəmzi komandasında
2022-ci ilin ən yaxşı gənc futbolçularından ibarət simvolik komanda müəyyənləşib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 20 yaşadək oyunçular arasında seçim aparıb.
 
Qurum rəmzi komandanı 3-4-3 sxeminə uyğun formalaşdırıb. İspaniya yığmasının və “Barselona”nın 3 oyunçusu heyətə düşə bilib.
 
Qapıçı: Qavin Bazunu (İrlandiya/“Sauthempton”);

Müdafiəçilər: Pyero İnkape (Ekvador/“Bayer”), Yoşko Qvardiol (Xorvatiya/“Leypsiq”), Nuno Mendeş (Portuqaliya/PSJ);

Yarımmüdafiəçilər: Qavi (İspaniya/“Barselona”), Cüd Bellingem (İngiltərə/“Borussiya”, Dortmund), Eduardo Kamavinqa (Fransa/“Real”), Pedri (İspaniya/“Barselona”);

Hücumçular: Camal Musiala (Almaniya/“Bavariya”), Kərim Adeyemi (Almaniya/“Borussiya”, Dortmund), Ansu Fati (İspaniya/“Barselona”).
 






İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”