6 aprel 2026. Bazar ertəsi

İspaniya superkubokunda El-klasiko


İspaniya superkubokunda El-klasiko

İspaniya superkubokunda ikinci yarımfinal görüşü baş tutub. Corner.az xəbər verir ki, ikinci oyunda “Betis” və “Barselona” komandaları qarşılaşıblar.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutan oyunun əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda da tərəflər arasında qalib müəyyənləşdirə bilmədiyinə görə penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Barselona” finala vəsiqə qazanıb.

Daha öncə Madrid “Real”ı “Valensiya” üzərində qələbə ilə finala yüksəlmişdi. Beləliklə, yanvarın 15-də baş tutacaq həlledici matçda “Real” və “Barselona” qarşılaşacaqlar.

İspaniya superkuboku
Yarımfinal
11 yanvar

Real – Valensiya 1:1 (penaltilər 4:3)
Qol: Benzema, 39-pen – S.Lino, 46.

12 yanvar

Betis – Barselona 2:2 (penaltilər 2:4)
Qol: Fekir, 77. Moron, 101 – Levandovski, 40. Fati, 93.







İspaniya L.L.

"Betis" evdə xal itirdi
  • İspaniya L.L.
  • 22:43 04.04.2026
"Betis" evdə xal itirdi
“Bu məğlubiyyət tam mənə aiddir”
  • İspaniya L.L.
  • 22:38 04.04.2026
“Bu məğlubiyyət tam mənə aiddir”
“Real” səfərdə uduzdu
  • İspaniya L.L.
  • 22:17 04.04.2026
“Real” səfərdə uduzdu