4 oktyabr 2026. Bazar günü

Sevilya səfərdən xalsız döndü


Sevilya səfərdən xalsız döndü

İspaniya La Liqasında 17-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub. "Osasuna" doğma meydanda "Malyorka"ya minimal hesabla qalib gəlibsə, "Valyodolid" oxşar hesabla "Rayo Valyekano"ya uduzub. Səfərdə "Jirona" ilə qarşılaşan "Sevilya"da məğlubiyyətə üzülüb. "Atletik" isə səfərdə "Real Sosyedad"a uduzub. 

Bu turun “Betis” – “Barselona” və “Real” – “Valensiya” qarşılaşmaları bu komandaların superkubokdakı çıxışına görə təxirə salınıb.

İspaniya La Liqası
17-ci tur
13 yanvar

Selta – Vilyarreal 1:1
Qol: Larsen, 68 – Moreno, 15.

14 yanvar

Valyadolid – Rayo Valyekano 0:1
Qol: Palazon, 65.

Jirona – Sevilya 2:1
Qol: Stuani, 46. Herrera, 88 – Nyanzu, 13.

Osasuna – Malyorka 1:0
Qol: Oroz, 47.

Real Sosyedad – Atletik 3:1
Qol: Sorlot, 25. Kubo, 37. Oyarzabal, 62 – Sanset, 40.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”