30 iyun 2026. Çərşənbə axşamı

Benzema El Klasiko'ların bombardirləri sıralamasında irəlilədi


Benzema El Klasiko'ların bombardirləri sıralamasında irəlilədi

“Real”ın hücumçusu Kərim Benzema İspaniya Superkubokunun final oyununda qol vuraraq “El Klasiko”ların bombardirləri sıralamasında irəliləyib. Corner.az xəbər verir ki, komandasının 1:3 hesabı ilə uduzduğu həlledici görüşdə təsəlli topuna imza atan fransalı oyunçu əzəli rəqiblərin duellərində ümumi qol sayını 13-ə çatdırıb.

Bununla 35 yaşlı futbolçu “El Klasiko”nun ən məhsuldar 8-ci oyunçusuna çevrilib. Bu sıralamaya “Barselona”nın sabiq kapitanı Lionel Messi başçılıq edir.
 
1. Messi (“Barselona”) - 26
2. Alfredo Di Stefano (“Real”) - 18
Kriştiano Ronaldo (“Real”) - 18
4. Raul Qonzales (“Real”) - 15
5. Sezar (“Barselona”) - 14
Fransisko Gento (“Real”) - 14
Ferens Puşkaş (“Real”) - 14
8. Kərim Benzema (“Real”) - 13
9. Santillana (“Real”) - 12

10. Luis Suares (“Barselona”) - 11






İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"