- İspaniya L.L.
- 22:56 22.11.2024
“Nəticə hər şeyi deyir, bu oyundan dərs almalıyıq. İndi komanda üçün çətin andır. Komandanın ən yaxşı formada olmadığı məlum idi”. Corner.az “Marca” nəşrinə istinadən xəbər verir ki, bunu Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti deyib.
İspaniya Superkubokunun finalında “Barselona”ya 1:3 hesabı ilə uduzduqları oyunu şərh edən italiyalı mütəxəssis, bu qarşılaşma bəzi çatışmazlıqlarının olduğunu bildirib: “Biz geri dönəcəyik. İndi isə növbəti matça hazırlaşmalıyıq. Oyunun əvvəlində bərabərlik olsa da, “Barselona” ilk qolu vuraraq, oyunu öz imkanlarına dəyişdi. Komanda şəklində oynamağı bacarmalıyıq. Səhvləri necə düzəltməyə gəlincə, biz çalışırıq, oyunçulara bu anları göstəririk ki, bu səhvləri etməsiblər. “Valensiya” ilə matçda yaxşı müdafiə elementləri nümayiş etdirdik, lakin bu gün yenə səhvlərə yol verdik”.
“Bu, mənim üçün tituldan daha böyük şeydir”. Bu sözləri isə “Barselona”nın çalışdırıcısı Xavi deyib. Onun sözlərinə görə, komandası bütün komponentlərdə rəqibdən üstün olub: “Dəfələrlə demişəm ki, pozitiv qalıram. Hiss edirəm ki, hər şey yaxşı gedir, çünki mən vəziyyəti daxildən görürəm. Bu, bir nəticə yekunlaşmalı idi və nəhayət, indi baş verdi”.