23 oktyabr 2024. Çərşənbə

Benzema Raula çatdı


Benzema Raula çatdı
"Real”ın hücumçusu Kərim Benzema İspaniya La Liqasında qolların sayına görə klubun əfsanəsi Raul Qonzalesə çatıb. Corner.az-ın məlumatına görə, 35 yaşlı forvard çempionatın 18-ci turunda “Atletik”lə görüşdə qol vurmaqla bunu bacarıb.
 
Komandasının 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada hesabı açan fransalı forvard İspaniya La Liqasında ümumi qol sayını 228-ə çatdırıb. Benzema hazırda Raulla birlikdə 5-ci yeri bölüşdürür.
 
La Liqa tarixinin ən məhsuldar oyunçusu “Barselona”nın sabiq superulduzu Lionel Messidir. Hazırda PSJ-də oynayan argentinalının aktivində 472 qol var. Benzema həmçinin Kriştiano Ronaldo (311), Telmo Sarra (251) və Uqo Sançesdən (234) də geri qalır.
 
Benzema daha bir qol vursa, “Real” tarixinin ikinci bombardiri olacaq. Hazırda onu yalnız Kriştiano Ronaldo qabaqlayır.
 
Qeyd edək ki, Kərim Benzema bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə keçirdiyi 17 oyunda 11 qol vurub.






İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı