19 avqust 2026. Çərşənbə

Barselona yarımfinalda


Barselona yarımfinalda

İspaniya kubokunda 1/4 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

“Barselona” doğma meydanda “Real Sosyedad”a minimal hesabla qalib gəlib. Əlavə vaxta gedən və üç qolun qeydə alındığı “Osasuna” - “Sevilya” matçında da meydan sahibləri qələbəyə sevinən tərəf olub.

Digər iki yarımfinalçının adına bu gün aydınlıq gələcək.

İspaniya kuboku
1/4 final
25 yanvar

Barselona – Real Sosyedad 1:0
Qol: Dembele, 52.

Osasuna – Sevilya 2:1
Qol: Avila, 71. Ezzalzuli, 99 – En-Nəsiri, 90+4.







İspaniya L.L.