4 oktyabr 2026. Bazar günü

Atletik və Real da yarımfinala yüksəldi


Atletik və Real da yarımfinala yüksəldi

İspaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.

“Valensiya” evdə “Atletik”ə məğlub olub. “Real” isə Madrid derbisində “Atletiko”ya əlavə vaxtda qalib gəlib.

Daha öncə “Barselona” və “Osasuna” da yarımfinala vəsiqə qazanmışdılar.

Yarımfinal cütləri bu gün keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək.

İspaniya kuboku
1/4 final
25 yanvar

Barselona – Real Sosyedad 1:0
Qol: Dembele, 52.

Osasuna – Sevilya 2:1
Qol: Avila, 71. Ezzalzuli, 99 – En-Nəsiri, 90+4.

26 yanvar

Valensiya – Atletik 1:3
Qol: De Markos, 43-öz qapısına – Muniain, 35. N.Uilyams, 45. Vesqa, 74-pen.

Real – Atletiko 3:1
Qol: Rodriqo, 79. Benzema, 104. Vinisius, 120+1 – Morata, 19.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”