10 may 2026. Bazar günü

Kroosdan yubiley qələbəsi


Kroosdan yubiley qələbəsi
İspaniya Kral Kubokunun 1/4 final mərhələsində “Atletiko” ilə keçirilən oyun “Real”ın yarımmüdafiəçisi üçün əlamətdar olub. Corner.az xəbər verir ki, almaniyalı futbolçu “kral klubu” ilə 250-ci qələbəsini qazanıb.
 
Kroos buna 389 oyunda nail olub. Bu müddətdə ulduz futbolçu 27 qol, 87 məhsuldar ötürmə ilə diqqət çəkib. “Atletiko” üzərində qazanılan 3:1 hesablı qələbənin ardından klub prezidenti Florentino Peres 33 yaşlı mərkəz yarımmüdafiəçiyə 250 nömrəli formanı hədiyyə edib.
 
Madrid derbisində rəqibini əlavə vaxtda üstələyən “Real” 2018/2019 mövümündən sonra ilk dəfə yarımfinala yüksəlib. “Kral klubu” ölkə kubokunu axırıncı dəfə 2013/2014 mövsümündə qazanıb.






İspaniya L.L.

 “Atletiko" evdə məğlub oldu
  • İspaniya L.L.
  • 22:36 09.05.2026
“Atletiko" evdə məğlub oldu
“Sevilya”dan çətin qələbə
  • İspaniya L.L.
  • 22:09 09.05.2026
“Sevilya”dan çətin qələbə
“Bu, “Real”a yaraşmır”
  • İspaniya L.L.
  • 21:28 08.05.2026
“Bu, “Real”a yaraşmır”